Argentinalı məşqçi Martin Anselmi İspaniya La Liqasının “Elçe” klubuna baş məşqçi təyin edilib. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
İdman.Biz bildirir ki, Anselminin klubla müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir.
Anselmi yalnız gənclər səviyyəsində futbol oynayıb, bundan sonra dərhal məşqçilik karyerasına başlayıb. O, əvvəllər Çilinin “Union La Calera”, Kolumbiyanın “Independente del Valle”, Meksikanın “Cruz Azul”, Portuqaliyanın “Porto” və Braziliyanın “Botafoqo” klublarını idarə edib.
Ötən mövsüm “Elçe” İspaniyanın yüksək divizionunda 15-ci yeri tutub. Tarixi boyunca klub iki dəfə Sequnda Divizionun qalibi olub.
