Denni Uelbek “Çelsi” ilə müqavilə imzalayıb

2 Avqust 2026 00:32
100
Denni Uelbek “Çelsi” ilə müqavilə imzalayıb

35 yaşlı ingilis hücumçu Denni Uelbek "Çelsi" ilə müqavilə imzalayıb.

İdman.Biz bildirir ki, Uelbek 2020-ci ildən "Brayton"da oynayır.

"Çelsi" Premyer Liqa klubu "Brayton"dan Denni Uelbekin transferini məmnuniyyətlə elan edir.

İngiltərə millisində 42 dəfə oynamış hücumçu 2028-ci ilə qədər müqavilə imzalayıb və mövsümöncəsi turumuz zamanı Xabi Alonsonun heyətinə qoşulacaq", - mətbuat xidməti "Çelsi"nin rəsmi saytında bildirib.

Denni Uelbek "Mançester Yunayted"in gənclər sisteminin yetirməsidir və orada da böyüklər səviyyəsində oynayıb. O, həmçinin "Arsenal", "Uotford" və digər klublarda da çıxış edib. Ötən mövsüm 40 matçda Uelbek 14 qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz