“Bornmut” Portuqaliya millisinin müdafiəçisini transfer edib

2 Avqust 2026 00:54
118
“Bornmut” Portuqaliya millisinin müdafiəçisini transfer edib

Portuqaliyalı mərkəz müdafiəçisi António Silva karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 22 yaşlı futbolçu Portuqaliyanın "Benfika" klubundan "Bornmut"a keçib.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Daha əvvəl mediada müqavilənin sabit məbləğinin 25 milyon avro, əlavə 5 milyon avro bonus olduğu bildirilirdi. "Bornmut" portuqaliyalı futbolçunun ilk xarici klubudur.

António Silva "Benfika"nın gənclər sisteminin yetirməsidir. O, 2022-ci ilin yayından bəri Lissabon klubunun böyüklər komandasında oynayır. Daha əvvəl "Milan"ın onunla maraqlandığı bildirilmişdi.

İdman.Biz