“Porto” 25-ci dəfə Portuqaliya Superkubokunu qazanıb

2 Avqust 2026 01:53
105
“Porto” 25-ci dəfə Portuqaliya Superkubokunu qazanıb

Portuqaliya çempionu “Porto” ilə ölkə kubokunun qalibi, ikinci liqada çıxış edən “Torrinse” arasında keçirilən 2026-cı il Portuqaliya Superkuboku uğrunda matç başa çatıb.

İdman.Biz bildirir ki, “Porto” 1:0 hesablı qələbə qazanıb.

Oyunun yeganə qolunu 38-ci dəqiqədə “Porto” yarımmüdafiəçisi Viktor Froholdt vurub.

Beləliklə, “Porto” klub tarixində 25-ci dəfə Portuqaliya Superkubokunu qazanıb. Ən yaxın rəqibi olan “Benfika” 10, “Sportinq” isə 9 dəfə Superkuboku alıb. “Boavişta” üç dəfə, “Vitoriya” isə bir dəfə Portuqaliya Superkubokunu qazanıb.

İdman.Biz