"Barselona" zədəli Frenki de Yonqun yerinə Mərakeş və "Jirona"nın yarımmüdafiəçisi Azzedin Unaini transfer etməyi düşünür.
İdman.Biz bu barədə “El Chiringuito”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, "Blaugrana"dan əlavə, 26 yaşlı futbolçu ilə daha bir neçə komanda maraqlanır. Lakin yarımmüdafiəçi hələlik gələcəyi ilə bağlı qərar verməyib.
2026-cı il dünya çempionatında Azzedin altı oyun keçirib və iki qol vurub. Mərakeş turnirin dörddəbir finalına yüksəlib.
Ötən mövsüm Unai bütün yarışlarda 24 oyunda meydana çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.
