"Çelsi"nin baş məşqçisi Xabi Alonso Mixaylo Mudrikin cəzasının qaldırılması ilə bağlı şərh verib.
İdman.Biz xəbər verir ki, künən, 2024-cü ilin dekabr ayından bəri antidopinq qaydalarını pozduğuna görə futboldan kənarlaşdırılan London klubunun cinah oyunçusunun yarışlara qayıtmasına icazə verilib.
İngiltərə Futbol Assosiasiyası ukraynalı oyunçunun ona qarşı irəli sürülən qayda pozuntularını etiraf etdiyini və artıq xidmət etdiyi müddətə bərabər cəza müddətini qəbul etdiyini açıqlayıb.
"Onun "Şaxtyor"da oynadığını, təsirini, təkbətək vəziyyətlərdə nə qədər yaxşı olduğunu xatırlayıram. Özü də bu qədər şans yarada bilərdi. O, xüsusi oyunçudur.
Düzünü desəm, indi belə gözəl xəbər alacağımızı gözləmirdik, amma çox sevindik", - deyə Alonso bildirib.
