“Arsenal” “Jirona”nı darmadağın edib

2 Avqust 2026 01:16
104
“Arsenal” “Jirona”nı darmadağın edib

2026/2027 mövsümünə hazırlıq çərçivəsində İngiltərənin "Arsenal" klubu ilə İspaniyanın "Jirona" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir London klubunun oyunçuları 4:1 hesablı qələbəni qeyd ediblər.

16-cı dəqiqədə alman Kay Havertz "Arsenal"a üstünlük qazandırıb. 30-cu dəqiqədə "Arsenal"ın yeni oyunçusu Xristos Tzolis komandasının üstünlüyünü ikiqat artırıb. 50-ci dəqiqədə "Jirona"nın müdafiəçisi Arnau Martines fərqi azaldıb. 53-cü dəqiqədə 16 yaşlı Maks Doumen kataloniyalılaın qapısına üçüncü qolu vurub. 55-ci dəqiqədə braziliyalı Qabriel Jezus qələbəni təmin edib.

İngiltərə Premyer Liqasının ilk turunda “Arsenal” evdə debütant “Koventri” ilə qarşılaşacaq. Oyun 21 avqust cümə gününə planlaşdırılıb. “Jirona” 16 avqust bazar günü İspaniya La Liqası 2-nin açılış turunda “Leqanes” komandasını qəbul edəcək.

İdman.Biz