“Sabah” İqor Noqeyra ilə yollarını ayırmağa yaxındır

13 İyun 2026 17:59
101
“Sabah” İqor Noqeyra ilə yollarını ayırmağa yaxındır

“Sabah” klubu futbolçusu İqor Noqeyra ilə yollarını ayıra bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçi ilə bağlı yekun qərarını verməyib.

30 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni sözləşmə üzrə danışıqlar aparılır. Klub rəhbərliyi Noqeyraya əvvəlkindən aşağı maaşla yeni müqavilə təklif edib.

Oyunçu bu şərtləri qəbul edərsə, “Sabah”da qalacaq. Əks halda, tərəflər arasında yolların ayrılması gündəmdədir.

Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən “Sabah”ın formasını geyinir və komandanın müdafiə xəttində mühüm fiqurlardan biri olub.

İdman.Biz