İngiltərənin “Çelsi” komandasının ulduz futbolçuları Koul Palmer və Joao Pedro Premyerliqada bu axşam “Brayton”a qarşı keçiriləcək qarşılaşmanı qaçıracaqlar. Hər iki hücumameyilli oyunçunun zədə səbəbindən heyətdə yer almayacağı dəqiqləşib.
İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Liam Rosenior Koul Palmerin vəziyyəti ilə bağlı açıqlama verib. Mütəxəssis gənc ulduzun bud nahiyəsindən yüngül zədə aldığını bildirib. Riski artırmamaq üçün rəhbərlik onun bu oyunda iştirak etməməsinə qərar verib.
Bu itkilər “Çelsi”nin hücum xətti üçün ciddi problem yarada bilər. Xüsusilə Palmerin cari mövsümdəki məhsuldarlığı fonunda onun yoxluğu “Brayton”la matçda komandanın işini çətinləşdirəcək. Hər iki futbolçunun bərpa prosesinin nə qədər çəkəcəyi barədə əlavə məlumat verilməyib.
