Dünya çempionatının ilk qoluna kolumbiyalı imza atıb

12 İyun 2026 00:11
87
Dünya çempionatının ilk qoluna kolumbiyalı imza atıb

Meksika millisinin hücumçusu Xulian Kinyones DÇ-2026-nın açılış oyununun doqquzuncu dəqiqəsində CAR-ın qapısına qol vuraraq turnirin ilk qoluna imza atıb.

İdman.Biz bildirir ki, oyun Mexiko şəhərindəki “Estadio Azteca” stadionunda keçirilir.

Xulian Kinyones 1997-ci ildə Koumbiyada anadan olub. O, Kolumbiyanın U-20 millisində çıxış edib.

Daha sonra isə Meksika vətəndaşlığını qəbul edib və bu ölkə ilə KONKAKAF Qızıl Kubokunu və KONKAKAF Millətlər Liqasını qazanıb.

Kinyones Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubunda çıxış edir.

İdman.Biz