Ximenes dünya çempionatında ilk qolunu 35 yaşında vurub

12 İyun 2026 01:23
81
Ximenes dünya çempionatında ilk qolunu 35 yaşında vurub

Meksika millisinin 35 yaşlı hücumçusu Raul Ximenes dünya çempionatlarında ilk qolunu DÇ-2026-nın açılış matçında CAR-a vurub.

İdman.Biz bildirir ki, bu, hücumçunun dördüncü dünya çempionatıdır.

Oyun 2:0 hesabı ilə Meksikanın xeyrinə qurtarıb.

Raul Ximenes Meksika millisinin tərkibində bütün yarışlarda 127 oyun keçirib, 46 qol vurub və 16 məhsuldar ötürmə edib.

İdman.Biz