Qvardiol “Siti” ilə müqaviləsinin uzadılması məsələsini təxirə salıb

12 İyun 2026 00:30
88
Qvardiol “Siti” ilə müqaviləsinin uzadılması məsələsini təxirə salıb

“Mançester Siti”nin müdafiəçi Yoşko Qvardiola yeni müqavilə təklif edib, lakin 24 yaşlı futbolçu “Real Madrid”in maraq dairəsində olduğuni bildiyindən vəziyyəti nəzərdən keçirmək üçün klubdan vaxt istəyib.

İdman.Biz bu barədə AS-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 2026-cı il dünya çempionatında iştirak edəcək xorvatiyalı futbolçu gələcəyi ilə bağlı qərar verməkdə tələsmək istəmir. Vurğulanır ki, “Mançester Siti” müdafiəçini satmaq istəmir.

Qvardiol 2023-cü ilin yayından bəri klubdadır. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz