“Real” Rodri transferi üçün 60 milyon avroluq rəsmi təklif hazırlayır

29 İyul 2026 09:45
110
“Real” Rodri transferi üçün 60 milyon avroluq rəsmi təklif hazırlayır

İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Rodri Ernandes İspaniyanın “Real” komandasının transfer hədəfinə çevrilib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı futbolçu üçün 60 milyon avro (115,9 milyon AZN) təklif etməyə hazırlaşır.

“Mançester Siti” bu məbləğ qarşılığında danışıqlara başlamağa hazırdır. Bunun üçün Rodrinin də komandadan ayrılmaq istəməsi əsas şərtlərdən biridir. İspaniyalı futbolçunun müqaviləsinin gələn yay başa çatacağı bildirilir.

“Real”ın baş məşqçisi Joze Mourinyo Rodrini komandasında görmək istəyir.

Madrid təmsilçisinin əsas transfer hədəfi isə Kot-d’İvuar millisinin cinah hücumçusu Yan Diomanddır. “Real”ın futbolçu üçün 115-120 milyon avro (222,3-231,9 milyon AZN) ödəməyə hazır olduğu bildirilir.

Rodrinin məşqlərə nə vaxt başlayacağı isə dəqiq deyil. Yarımmüdafiəçi bel nahiyəsindən əməliyyat olunub. Futbolçunun bərpa prosesinin uzun çəkməyəcəyi gözlənilir.

İdman.Biz