Levandovski "Barselona" üçün 200 milyon avroluq təklifdən imtina edib

29 İyul 2026 09:08
120
Levandovski "Barselona" üçün 200 milyon avroluq təklifdən imtina edib

"Çikaqo Fayr"ın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi futbolçunun 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifdən imtina etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Zahavi bu barədə "Sportowe Fakty" nəşrinə müsahibəsində danışıb.

Agentin sözlərinə görə, Levandovskiyə iki il müddətinə mövsümə 100 milyon avro olmaqla ümumilikdə 200 milyon avroluq müqavilə təklif edilib. Lakin təcrübəli hücumçu "Barselona"da qalmağa üstünlük verib.

"Robert Səudiyyə Ərəbistanında oynamaq istəyirdi. Həm yaşayış baxımından rahat idi, həm də böyük maliyyə təklifi var idi. Amma o, "Barselona"da qalmağı seçdi", - deyə Zahavi bildirib.

Agent əlavə edib ki, hazırda belə bir təklifin yenidən verilməsi mümkün deyil. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı son aylarda transfer siyasətini dəyişib və bölgədəki müharibə də vəziyyətə təsir göstərib.

Qeyd edək ki, Levandovski 2026-cı ilin yayında "Barselona"dan ayrılaraq ABŞ-ın "Çikaqo Fayr" klubuna keçib.

İdman.Biz