“Barselona”da La Masiya ənənəsi davam edir – Flik yenə gənclərə şans verir

29 İyul 2026 07:25
119
“Barselona”da La Masiya ənənəsi davam edir – Flik yenə gənclərə şans verir

“Barselona”nın baş məşqçisi Hansi Flik yeni mövsümün hazırlıq mərhələsində də La Masiya yetirmələrinə üstünlük vermək ənənəsini davam etdirir.

İdman.Biz sports.es-ə istinadən xəbər verir ki, bu yay Flik İngiltərənin “Sent Corc Park” bazasına 17 akademiya yetirməsini aparıb.

Onlar arasında İker Rodriges, Yaako, Alvaro Kortes, Xavi Espart, Cofre Torrents, Jordi Pesker, Tommi Markes, Brayan Farinyas, İbrahim Diarra, Orian Qoren, Gilye Fernandes, Ebrima Tunkara, Hamza Abdelkərim, Oskar Gistau, Aleks Qonsales, Şeyn Kluivert və Toni Fernandes yer alırlar.

Son illərdə klubun maliyyə çətinlikləri və Flikin gənclərə güvənməsi nəticəsində akademiyanın bir çox yetirməsi əsas komandada möhkəmlənib.

2024-cü ilin yayında Mark Bernal və Mark Kasado əsas komandaya yüksələrək diqqət çəkmişdilər. Bir il sonra isə Dro hazırlıq oyunlarındakı çıxışı ilə Flikin etimadını qazansa da, mövsümün gedişində PSJ-yə transfer olunub.

Əslində bu ənənə Flikdən əvvəl başlayıb. 2021-ci ildə Qavi Ronald Kumanın rəhbərliyi altında əsas komandada özünü təsdiqləyib. Daha sonra Alexandro Balde, Fermin Lopes, Lamin Yamal və Pau Kubarsi də La Masiyadan çıxaraq “Barselona”nın əsas heyətində mühüm oyunçulara çevriliblər.

İdman.Biz