Argentinalı hücumçu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara məhkəmənin maliyyə mübahisəsi ilə bağlı qərarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Vanda Nara şikayətini öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, “Qalatasaray”, PSJ və “İnter”in sabiq futbolçusunun keçmiş həyat yoldaşı daha əvvəl məhkəməyə müraciət edərək İkardinin ona müvəqqəti təminat məqsədilə ayda 250 min avro ödəməsini tələb etmişdi. İyunun əvvəlində məhkəmə bu tələbi rədd edib. Dünən isə İkardi Vanda Naranın apellyasiya şikayətinin də təmin olunmadığını açıqlayıb.
Nara isə sosial şəbəkədə bunları yazıb:
“İtaliya məhkəməsi bildirib ki, kompensasiya ilə bağlı qərar boşanma prosesi tam başa çatdıqdan sonra veriləcək. Bu, məntiqlidir. Çünki mənim işim var, qarşı tərəfin isə yoxdur. Hər halda, yekun qərar çıxarılanda kompensasiya almaq hüququm olduğu aydındır.
Balaca, özünə iş tap və məzuniyyətdə mənim haqqımda düşünməyi dayandır. Avqustun 3-də dərsləri başlayacaq qızlarını düşün. Onlar artıq sənin onlardan oğurlanan əşyaları geri qaytarmaqdan imtina etdiyinə görə nə qədər məyus olduqlarını bildiriblər” – Vanda Nara qeyd edib.
