“Barselona” azı dörd futbolçu transfer edəcək

29 İyul 2026 10:23
114
“Barselona” azı dörd futbolçu transfer edəcək

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində azı dörd futbolçu ilə müqavilə imzalaya bilər.

İdman.Biz xəbər verir ki, jurnalist Jerar Romero Kataloniya təmsilçisinin transfer planları barədə açıqlama verib.

Romero “Barselona” ilə bağlı hər transfer prosesinin uzun və mürəkkəb keçdiyini bildirib və bunu seriala bənzədib.

Jurnalist İspaniya millisinin yarımmüdafiəçisi Rodri ilə bağlı yayılan xəbərlərin onda böyük maraq yaratdığını da vurğulayıb.

Romero Eli Junior Krupinin agenti Musa Sissokonun futbolçunun “Barselona”da oynamaq istədiyini göstərmək üçün gün ərzində əlaqələri və media nümayəndələri ilə fəal şəkildə təmas qurduğunu bildirib.

Onun sözlərinə görə, Serbiya millisinin hücumçusu Duşan Vlahoviç Türkiyə klublarından yüksək maaş tələb etsə də, “Barselona”ya keçid üçün daha aşağı məvaciblə razılaşmağa hazırdır.

Romero son olaraq "Atletik"dən Alvares transferinə də işarə edib.

İdman.Biz