İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Aleksandr Sörlotun növbəti mövsümdə də Madrid təmsilçisində çıxış edəcəyi gözlənilir.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, “Atletiko” rəhbərliyi və norveçli futbolçu münasib təklif daxil olmayacağı təqdirdə əməkdaşlığı davam etdirmək barədə eyni mövqedədirlər.
Klubda hesab edilir ki, Sörlotun vurduğu qolları onun transfer dəyərinə uyğun məbləğ qarşılığında başqa hücumçu ilə əvəzləmək olduqca çətindir.
Norveçli forvardın qarşıdakı mövsümdə “Atletiko” üçün əhəmiyyətinin daha da artacağı bildirilir.
Baş məşqçi Dieqo Simeone də Sörlotun komandaya qayıdışını səbirsizliklə gözləyir.
