Danimarkanın “Midtyulland” klubunun futbolçusu Alamara Jabi bıçaqlanma nəticəsində ağır xəsarət alıb. Hadisə ötən istirahət günlərində baş verib.
İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, vəziyyəti kritik olan 19 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Daha sonra ikinci dəfə cərrahi müdaxiləyə ehtiyac duyulub. Tibbi heyətin səyləri nəticəsində futbolçunun vəziyyəti stabilləşib və o, süni komadan çıxarılıb. Klubdan bildirilib ki, Jabinin hazırkı vəziyyəti qənaətbəxşdir.
Danimarka polisi hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı gəncin axtarışlarını davam etdirir. Hazırda cinayətkar azadlıqdadır. “Midtyulland” rəhbərliyi istintaqın gedişatını yaxından izləyir və futbolçunun ailəsinə lazımi dəstəyi göstərir.
Qeyd edək ki, Qvineya-Bisau əsilli oyunçu 2023-cü ildə “Benfika”nın akademiyasından transfer olunub. O, “Midtyulland”ın əsas komandasında iki qarşılaşmada meydanda olub.
Futbolçusuya bıçaqla hücum olunub
