“Şəfa” Murad Musayevi transfer edib

12 İyun 2026 12:36
120
“Şəfa” Murad Musayevi transfer edib

2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” heyətini Murad Musayevlə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.

İdman.Biz