Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Turan Tovuz”un heyətində itki var.
Bu barədə “bozqurdlar”ın mətbuat katibi Süleyman Tağıyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, kapitan Hayderson Hurtado sarı vərəqə limitini doldurduğu üçün “Qarabağ”la matçı buraxacaq. O, 10-cu turda “Sabah”la keçirilən qarşılaşmada dördüncü sarı vərəqəsini alıb.
Süleyman Tağıyev, həmçinin komandanın zədəli futbolçusunun olmadığını bildirib.
Qeyd edək ki, “Qarabağ” - “Turan Tovuz” qarşılaşması bu gün “Azersun Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
19 xala malik “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 18 xalı olan “Turan Tovuz” isə dördüncü sırada yer alıb.
