“Andorra”nın qapıçısı faciədən sonra özünə gələ bilmir: Pike ona dəstək olur - VİDEO

6 Noyabr 2026 12:04
46
“Andorra”nın qapıçısı faciədən sonra özünə gələ bilmir: Pike ona dəstək olur

“Andorra” klubunun qapıçısı Xesus Ovono İspaniya Sequndasında “Tenerife” ilə matçda Xesus de Miquelin ölümü ilə nəticələnən hadisədən sonra ağır psixoloji sarsıntı keçirir.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qapıçı faciədən sonra evinə qayıtdıqdan bəri demək olar ki, mənzildən çıxmır və tez-tez ağlayır. Anası daim onun yanındadır və bu ağır günlərdə ona dəstək olmağa çalışır.

Klubun sahibi Jerar Pike də futbolçunun vəziyyəti ilə şəxsən maraqlanır və onun bu faciəni geridə qoymasına kömək edir. “Andorra” rəhbərliyi qapıçının psixoloji vəziyyətini nəzərə alaraq ona lazımi dəstəyi göstərir.

Qeyd edək ki, Xesus Ovono Ekvatorial Qvineya millisinin noyabrda keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək. O, noyabrın 12-də Zimbabve ilə Bata şəhərində, 16-da isə Hararedə keçiriləcək qarşılaşmaları buraxacaq.

Xatırladaq ki, “Andorra” ilə “Tenerife” arasında İspaniya Sequndasının oyununda qapıçı Xesus Ovono ilə rəqib komandanın hücumçusu Xesus de Miquel toqquşub. Hadisədən sonra xəstəxanaya yerləşdirilən 30 yaşlı futbolçu növbəti gün dünyasını dəyişib.

İdman.Biz