“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

12 İyun 2026 12:55
95
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

“Sumqayıt”ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə matçın gedişində zədələnən gənc oyunçu Türkiyənin paytaxtı Ankarada uğurlu əməliyyat keçirib.

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.

İdman.Biz