Amin Ramazanov “Qarabağ”la vidalaşıb

12 İyun 2026 13:59
118
Amin Ramazanov “Qarabağ”la vidalaşıb

“Qarabağ” qapıçısı, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında çıxış etmiş Amin Ramazanovla yollarını ayırıb.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, millimizin üzvü artıq klubun düşərgəsini tərk edib.

Bosniya və Herseqovina millisinin qolkiperi Martin Zlomisiçlə anlaşan Ağdam təmsilçisinin çərçivə qoruyucusu özünə başqa klub tapıb. Onun yeni klubu yaxın günlərdə açıqlanacaq.

İdman.Biz