“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında Zaqreb “Dinamo”su ilə qarşılaşmadan sonra ənənəvi “üçüncü hissə” tədbiri keçirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan klubu xorvatiyalı futbolçular üçün birgə şam yeməyi təşkil edib.
Tədbir zamanı “Qarabağ”ın kapitanı Əli Qazıbəyov Zaqreb “Dinamo”sunun kapitanına bu görüş üçün xüsusi hazırlanmış xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, UEFA Gənclər Liqasında “Qarabağ” və Zaqreb “Dinamo”sunun U-19 komandaları arasında keçirilən qarşılaşma Xorvatiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
