“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Baku Sportinq” üzərində 3:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında ilk növbədə Gəncə azarkeşlərinə təşəkkürünü bildirib:
“Etiraf edək ki, Azərbaycanda kubok oyunlarına maraq çempionatla müqayisədə az olur. Buna baxmayaraq, azarkeşlərimiz bu gün də göstərdilər ki, həmişə “Kəpəz”in yanındadırlar. Dəstəklərinə görə onlara təşəkkür edirəm”.
Bağırov qarşılaşmada az oyun təcrübəsi olan futbolçulara və yerli yetirmələrə şans verməyə çalışdıqlarını vurğulayıb:
“Bu gün daha az oynayan futbolçularımıza şans vermək istəyirdik. Sevindirici haldır ki, Gəncə futbolunun beş yetirməsi əsas heyətdə meydana çıxdı, daha biri isə sonradan oyuna qoşuldu. Əslində, daha çox gənc futbolçuya şans verməyi planlaşdırırdıq. Lakin hesabın gedişatı bizi başqa qərarlar qəbul etməyə məcbur etdi”.
Baş məşqçi qələbənin asan başa gəlmədiyini də etiraf edib:
“Kubok oyunları rəqibin hansı liqada çıxış etməsindən asılı olmayaraq, həmişə çətin keçir. Bu gün də xüsusilə birinci hissədə çətinlik çəkdik. İkinci hissədə isə komandamız istədiyimiz futbolu oynadı və qələbə qazandı”.
Bağırov “Baku Sportinq”in yeni baş məşqçisi Bəxtiyar Soltanovu təbrik edərək ona uğurlar arzulayıb.
Mütəxəssis sonda komandasının artıq “İmişli” ilə qarşıdakı oyuna hazırlaşacağını bildirib.
