“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

28 Oktyabr 2026 10:12
47
“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Azərbaycanın “Qarabağ” futbol klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi “Dinamo”nun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

İkinci təsnifat mərhələsinin ilk oyunu “Azərsun Arena”da, saat 15:30-da başlayacaq.

İki oyundan ibarət mərhələnin cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə təşkil olunacaq.

“Qarabağ” bu mövsüm UEFA Gənclər Liqasında mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başlayır. Azərbaycan təmsilçisi Xorvatiya klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələyə yüksələcək.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində Portuqaliyanın “Benfika” və Kiprin “Pafos” komandaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

İdman.Biz