Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli “Partizani”dən ayrılmağa yaxındır.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı vingerə daha sərfəli təkliflər var.
Əslində, Tirana klubu da Vüsalla müqavilə müddətini artırmaqda israrlıdır. Belə ki, albanlar onun müqavilə müddətini bir illikartırmaq hüququna sahibdir.
Lakin İsgəndərli böyük ehtimalla komandasını dəyişəcək. Çünki ona hazırda ən real təklif Türkiyə birinci liqasında yarışan üç klubdan, “Şamaxı” və “Şəfa”dandır. Vüsalın yaxın günlərdə yeni mövsümə hansı komandada başlayacağına dair qərarını verəcəyi gözlənilir.
Klubunu dəyişmək qərarı versə, “Partizani” ilə danışacaq və onu buraxmasını istəyəcək. Əlavə edək ki, millinin futbolçusu “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya”, “Boluspor” klublarında oynayıb.
