Senesiyə millidən qəfil zəng gəldi: Sevgilisi ilə yerə-göyə sığmadılar - VİDEO

12 İyun 2026 11:29
96
Senesiyə millidən qəfil zəng gəldi: Sevgilisi ilə yerə-göyə sığmadılar - VİDEO

İngiltərənin “Tottenhem” klubunun yeni transferi Markos Senesi Argentina millisindən DÇ-2026 üçün təcili dəvət alıb.

İdman.Biz xəbər verir ki, futbolçu bu xəbəri İbisa adasında nahara hazırlaşarkən öyrənib. Həmin anları onun sevgilisi Kelsi Rouz-Bauers videoya çəkib.

“Bornmut”un qadın komandasının 22 yaşlı üzvü bildirib ki, bu zəngi eşitmək üçün hər gün dua edib.

Senesi Argentina millisinin heyətində zədələnən Leonardo Balerdini əvəz edəcək. Müdafiəçinin mundial üçün yığmaya son anda çağırılması onun karyerasında mühüm hadisə hesab olunur.

İdman.Biz
Məqalədə: