Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Çexiyaya qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, asiyalı komandanın baş məşqçisinin açıqlamasını FIFA-nın mətbuat xidməti yayıb.
“Mundialda ilk qələbəmizi əldə etdik. Bu, çox çətin oldu. Nəticədən məmnunam, amma daha çox sevindirən məqam futbolçuların ikinci hissədə hesabda geri düşsələr də, təslim olmamalarıdır. Biz qələbə qazana biləcəyimizi bilirdik. Buna görə də oyunçularıma sona qədər mübarizəni davam etdirmələrinin vacibliyini dedim”.
Cənubi Koreya mundialdakı növbəti oyununu turnirin ev sahibi Meksikaya qarşı keçirəcək.
