“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
İdman.Biz-in kluba istinadən məlumatına görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
