Kərim Benzemanın Səudiyyə Ərəbistanındakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
İdman.Biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının idman nəşri olan "Arriyadiyah" məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin “Qızıl top” sahibi komandanı tərk etmək üçün ona edilən bütün təklifləri rədd edib. 38 yaşlı hücumçu hazırkı müqaviləsinin müddəti bitənədək “Əl-Hilal”da qalmaq niyyətindədir.
Benzemanın yalnız bir şərtlə ayrılmağa razı ola biləcəyi bildirilir: klub onun müqaviləsinin son mövsümü üzrə bütün maaşını ödəməlidir. Bu halda forvard azad agent kimi gələcək karyera qərarını özü verə biləcək.
“Əl-Hilal”ın isə bu şərtlə razılaşmağa tələsmədiyi qeyd olunur. Klub həm maliyyə baxımından, həm də idman nəticələri baxımından uğursuz sayılan bu transferdən sonra əlavə itki yaşamaq istəmir.
Qeyd edək ki, ötən ilin yanvarında “Əl-İttihad”dan ayrılaraq “Əl-Hilal”a keçən Benzema yeni klubunda 13 oyunda 9 qol vurub.
