Londonun “Çelsi” futbol klubu hazırda “Brayton”da çıxış edən sabiq İngiltərə millisinin hücumçusu Denni Uelbeki heyətinə qatmaq istəyir.
İdman.Biz “The Athletic” nəşrinə istinadən xəbər verir ki, London klubunun yeni baş məşqçisi Xabi Alonso 35 yaşlı futbolçunun xidmətlərində şəxsən maraqlıdır.
Tərəflərin mümkün keçidə müsbət yanaşdığı bildirilsə də, hələlik ciddi danışıqların başladığını demək tezdir.
Uelbek daha əvvəl “Mançester Yunayted”, “Arsenal” kimi klublarda çıxış edib. Təcrübəli hücumçu 2025/26 mövsümündə Premyer Liqada “Brayton”un heyətində 37 oyuna çıxaraq 13 qol vurub və 1 məhsuldar ötürmə edib.
