İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇM-2026-da qələbədən sonra komandasının dayaq yarımmüdafiəçiləri Rodri və Martin Zubimendinin səviyyəsindən danışıb.
İdman.Biz xəbər verir ki, De la Fuente İspaniya Radio və Televiziya Korporasiyasına açıqlamasında Rodri və Martin Subimendidən razılıq edib:
Onun sözlərinə hər iki futbolçu öz mövqeyində dünyanın ən yaxşılarıdır:
"Heç kimi incitmək istəmirəm, amma Rodriyə şübhə ilə yanaşmaq futbol zəkasına hörmətsizlikdir.
O, öz mövqeyində dünyanın ən yaxşı futbolçusudur. Eyni zamanda bizim Martin Subimendimiz var — o da möhtəşəm oyunçudur və yəqin ki, dünyada bu mövqedə ikinci sıradadır.
Rodri hər oyundan-oyuna daha da yaxşı çıxış etdi. Fakt budur ki, hətta 50 faiz hazır vəziyyətdə belə o, bir çox digər futbolçulardan üstündür”.
Rodri dünya çempionatında İspaniya millisinin kapitanı olub və turnirin ən yaxşı futbolçusu seçilib. Finalda Argentina ilə oyunda (1:0) isə 99-cu dəqiqədə onu Martin Subimendi əvəz edib. “Arsenal”ın yarımmüdafiəçisi bununla da dünya çempionatında ilk dəfə meydana çıxıb.
