Parisin PSJ klubu “Parma”nın qapıçısı Zion Suzuki ilə maraqlanır.
İdman.Biz “Sky Sports Italia”ya istinadən xəbər verir ki, Çempionlar Liqasının son qalibi 23 yaşlı yapon qolkiperlə artıq əlaqə yaradıb.
Lakin Suzuki yalnız PSJ-nin qapıçılarından birinin komandadan ayrılacağı halda transfer oluna bilər.
Məlumata görə, “Parma” Yaponiya millisinin üzvü üçün 30-35 milyon avro tələb edir. Suzuki 2026-cı il dünya çempionatında Yaponiya yığmasının heyətində çıxış edib.
PSJ-də qapıçı mövqeyində dəyişikliklər gözlənilir. Ötən yay “Lill”dən 50 milyon avroya transfer olunan Lukas Şevalye əsas qapıçı kimi nəzərdə tutulsa da, mövsümün ortalarında Matvey Safonova uduzub. Bu səbəbdən onun klubdan ayrılması və ya icarəyə göndərilməsi mümkündür.
Paris klubu digər qapıçılarla bağlı da dəyişikliklər edib. 19 yaşlı Renato Marin Portuqaliyanın “CD Nacional” klubuna icarəyə verilib, onun yerinə isə “Milan” akademiyasının yetirməsi Alessandro Longoni transfer olunub. 18 yaşlı italiyalı qapıçı PSJ ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
