Cənubi Koreya millisinin hücumçusu O Hyon Gyu DÇ-2026-nın Çexiya ilə oyununda meydana çıxmaya bilərdi.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın keçirildiyi gün səhər saatlarında futbolçunun hərarəti yüksəlib. Özünü pis hiss edən O Hyon Gyunun matçda iştirak edib-etməyəcəyi son ana qədər sual altında qalıb.
Hücumçunun sözlərinə görə, hərarəti yüksək dərəcəyə çatsa da, həkimlərin səyi və öz iradəsi sayəsində oyuna hazırlaşmağı bacarıb:
“Hərarətim anidən yüksəldi. Dünya Çempionatında oynamaq minnətdar olmalı olduğum bir fürsətdir”.
O Hyon Gyu qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. İkinci hissədə meydana daxil olan hücumçu 80-ci dəqiqədə fərqlənərək Cənubi Koreyaya 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, səhər saatlarında oyunu buraxmaq təhlükəsi ilə üzləşən futbolçu günün sonunda komandasının qəhrəmanına çevrilib.
