Yunis Hüseynov: “Ötən oyunda haqqımızı yedilər”

21 Aprel 2026 22:27
141
Yunis Hüseynov: “Ötən oyunda haqqımızı yedilər”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Zirə” ilə 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandıran “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov qarşılaşmadan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis hər iki matçda baş verən hakim idarəçiliyindən kəskin narazılığını ifadə edib.

İdman.Biz xəbər verir ki, Hüseynov komandasının bu gün qalib gəlmək üçün əlindən gələni etdiyini və meydanda güclü tərəf olduqlarını bildirib.

O, ilk görüşdəki səhvlərin cavab matçına da mənfi təsir göstərdiyini qeyd edərək, finala vəsiqəyə əslində Tovuz təmsilçisinin layiq olduğunu vurğulayıb:

“Bu gün qalib gəlmək istəyirdik və gördünüz ki, oyunda güclü tərəf biz idik. Ötən matçda haqqımızı yedilər. Haqlı olaraq finala vəsiqə qazanan komanda biz olmalı idik. Keçən oyundakı hakim səhvləri bugünkü görüşə də təsir etdi. Əziyyət çəkən bu qədər futbolçunun haqqı yeyildi”.

Xatırladaq ki, ilk görüşdə 0:2 hesabı ilə məğlub olan “Turan Tovuz” iki oyunun nəticəsinə görə finala yüksələ bilməyib.

İdman.Biz