Azərbaycan Kuboku: “Zirə” adını finala yazdırdı - YENİLƏNİB + VİDEO

21 Aprel 2026 21:02
1 153
Azərbaycan Kuboku: “Zirə” adını finala yazdırdı - YENİLƏNİB + VİDEO

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə” - “Turan Tovuz” qarşılaşması başa çatdı. Bərabər səviyyəli keçən oyunda qapılara qol vurulmadı.

İdman.Biz xəbər verir ki, ilk qarşılaşmada "Zirə"nin iki top fərqi ilə üstünlüyü komandanın adını finala yazdırıb.

Qeyd edək ki, bu, "Zirə"nin Azərbaycan Kubokunun finalında üçüncü oyunu olacaq.

20:53

Qarşılaşmanın 89-cu dəqiqəsində "Turan Tovuz" hesabı açsa da, VAR müdaxiləsindən sonra oyunun baş hakimi Əli Əliyev əllə oyun qərarı verib.

20:05

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə” - “Turan Tovuz” qarşılaşmasının ikinci hissəsi başladı. İlk yarıdan sonra hesab açılmayıb.

19:52

Bizon Azərbaycan Kubokunda ilk finalçı uğrunda mübarizə aparan “Zirə” və “Turan Tovuz” qarşılaşmasında ilk hissədən sonra hesab açılmayıb.

18:13

"Zirə" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda "Turan Tovuz"u qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 11. Junior Martins 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 23. Alexandro Serrano 90. Joarlem Santos 99. İbrahima Vadji 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 3. Enrike Silva 9. Coş Cinnelli 8. David Tavareş

Məşqçi: Yunis Hüseynov

09:28

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq.

İdman.Biz xəbər verir ki, yarımfinalın cavab oyununda “Turan Tovuz” “Zirə”nin qonağı olacaq.

Oyun Zirə İdman Kompleksinin stadionunda saat 19:00-da başlayacaq. Matçı Əli Əliyev idarə edəcək.

İlk qarşılaşmada “Zirə” iki cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. “Sabah” “Qarabağ”ı (ilk oyun - 2:2) qəbul edəcək.

İdman.Biz