“Qarabağ” “Kəpəz” üçün hazırlıqlara başladı - “Azərsun Arena”da tanış sima - FOTO/VİDEO

11 Noyabr 2026 20:01
38
“Qarabağ” “Kəpəz” üçün hazırlıqlara başladı - “Azərsun Arena”da tanış sima

“Qarabağ” növbəti oyununa hazırlığını davam etdirir.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da keçirilən məşqdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Hazırlıq prosesində komandanın sabiq futbolçusu Riçard Almeyda da iştirak edib.

Qeyd edək ki, “Qarabağ” Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq. Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

İdman.Biz