Sabiq baş məşqçi “Mingəçevir”in gələcəyindən danışdı

11 Noyabr 2026 17:26
66
Sabiq baş məşqçi “Mingəçevir”in gələcəyindən danışdı

“Hazırda klubla əlaqəm olmasa da, vəziyyətdən xəbərdaram. Həm mingəçevirli, həm də mütəxəssis kimi klubun dağılmasını istəmirəm. Hər klubda belə maliyyə çətinlikləri yaşana bilər. Çox güman ki, “Mingəçevir” fəaliyyətini davam etdirəcək və növbəti oyuna çıxacaq”.

İdman.Biz football-plus.az-a istinadən xəbər verir ki, bu sözləri “Mingəçevir” klubunun sabiq baş məşqçisi Ədəhim Niftəliyev maliyyə böhranı ilə üzləşən komandanın mövcud vəziyyətini şərh edərkən deyib.

Mütəxəssis şəhər təmsilçisinin yaşadığı çətinliklərə baxmayaraq, fəaliyyətini davam etdirəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, ötən mövsüm Birinci Liqada ikinci yeri tutaraq Premyer Liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanan “Mingəçevir” cari mövsümdə ciddi maliyyə problemləri ilə üzləşib. Komanda üzvlərinin maaşlarını ala bilməməsi səbəbindən kollektiv yeddinci turda “Şahdağ Qusar”la oyuna çıxmayıb və kluba texniki məğlubiyyət verilib. Reqlamentə əsasən, bu hal bir daha təkrarlanarsa, bölgə təmsilçisi liqadan kənarlaşdırılacaq.

İdman.Biz