Kurtua: “Alonsoya vaxt verilsəydi, hər şey alınardı”

11 Noyabr 2026 20:43
39
Kurtua: “Alonsoya vaxt verilsəydi, hər şey alınardı”

“Real Madrid”in qapıçısı Tibo Kurtua komandanın sabiq baş məşqçisi Xabi Alonso barədə danışıb.

İdman.Biz xəbər verir ki, belçikalı qolkiper ispaniyalı mütəxəssisin məşq üsullarını bəyəndiyini və ona daha çox vaxt verilməli olduğunu söyləyib:

“Nəticələr pis olanda ən asan yol məşqçini günahlandırmaqdır. Bəzi hallarda vəziyyət o qədər də yaxşı deyildi, amma digər futbolçularla hər şey uğurlu alınırdı. Onunla işləməkdən xoşum gəlirdi, məşq keçmə tərzini bəyənirdim. O, əla məşqçidir. Ona vaxt verilsəydi, hər şey alınardı”.

Qeyd edək ki, Alonso “Real Madrid”ə 2025-ci ilin yayından 2026-cı ilin yanvarınadək rəhbərlik edib. Onu bu vəzifədə klubun yetirməsi və sabiq müdafiəçisi Alvaro Arbeloa əvəzləyib.

İdman.Biz