İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Real” - “Alaves” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Madriddəki “Santyaqo Bernabeu” stadionunda Gərgin keçən qarşılaşmada “kral klubu” 2:1 hesablı qələbəyə sevinib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisinin heyətində Kilian Mbappe və Vinisius Junior rəqib qapısına yol taparaq komandalarına vacib üç xal qazandırıblar. Qonaqlar fərqi azaltsalar da, hesabı bərabərləşdirmək üçün vaxtları çatmayıb.
Bu nəticədən sonra “Real” xallarını 73-ə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib və lider “Barselona”dan altı xal geri qalır. Katalonlar bir oyun az keçiriblər və bu gün “Selta” üzərində qələbə qazanarlarsa, xal fərqi yenidən doqquza qalxacaq.
01:39
İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Jirona” - “Betis” matçı azarkeşlərə əsl qol şousu bəxş edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıblar. Matçın yeddinci dəqiqəsində Viktor Tsıqankov “Jirona”nı önə keçirib. Lakin “Betis” bu qola 23-cü dəqiqədə Mark Rokanın dəqiq zərbəsi ilə cavab verərək tarazlığı bərpa edib.
İkinci hissə də qarşılıqlı hücumlarla yadda qalıb. 63-cü dəqiqədə Abde Ezzalzuli qonaqları üstün tərəfə çevirsə də, cəmi beş dəqiqə sonra Azzedin Unai hesabı 2:2 edib. Matçın taleyini isə 85-ci dəqiqədə Rodriqo Rikelme həll edib. Onun vurduğu qol “Betis”ə səfər qələbəsini gətirib.
Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran “Betis” turnir cədvəlində neşinci pillədə qərarlaşıb. “Jirona” isə 38 xalla 11-ci yerdə qalıb. Növbəti turda aprelin 24-də “Betis” doğma meydanda Madrid “Real”ını qəbul edəcək. “Jirona” isə bir gün sonra “Valensiya”nın qonağı olacaq.
00:02
İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Atletik” - “Osasuna” matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun 16-cı dəqiqəsində “Atletik”in hücumçusu Qorka Quruseta rəqib qapısına yol taparaq hesabı açıb. Qarşılaşmanın son dəqiqələri ev sahibləri üçün gərgin keçib. Belə ki, 90+1-ci dəqiqədə yarımmüdafiəçi Mikel Haurexisar ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan Bilbao təmsilçisi üstünlüyünü qorumağı bacarıb.
Bu qələbədən sonra “Atletik” xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. “Osasuna” isə 39 xalla 10-cu sırada qərarlaşıb.
Növbəti turda aprelin 25-də “Atletik” səfərdə Madrid “Atletiko”su ilə qarşılaşacaq. “Osasuna” isə bir gün sonra doğma meydanda “Sevilya”nı qəbul edəcək.
23:41
İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Malyorka” və “Valensiya” qarşılaşması bərabərliklə başa çatıb. Görüşün gərgin keçməsinə baxmayaraq, tərəflər hərəyə bir xalla kifayətlənməli olublar - 1:1.
İdman.Biz xəbər verir ki, matçda hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 49-cu dəqiqəsində yarımmüdafiəçi Samu Koşta “Malyorka”nı önə çıxarıb. Lakin qonaqların bu qola cavabı gecikməyib. “Valensiya”nın hücumçusu Umar Sadiq 67-ci dəqiqədə tarazlığı bərpa edib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməz qalıb.
Bu nəticədən sonra “Malyorka” 35 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Valensiya” isə 36 xalla 13-cü yerdəki mövqeyini qoruyub.
Hər iki komanda növbəti oyunlarını aprelin 25-də keçirəcək. “Malyorka” səfərdə “Alaves”in qonağı olacaq, “Valensiya” isə doğma meydanda “Jirona”nı qəbul edəcək.
