Fabio Kapello: “Yamal yeni Messi ola bilər”

7 İyun 2026 01:19
112
Fabio Kapello: “Yamal yeni Messi ola bilər”

Tanınmış italyan məşqçi Fabio Kapello “Barselona” və İspaniya yığmasının hücumçusu Lamin Yamalın oyununu şərh edərək onu Kataloniya klubunun əfsanəsi Lionel Messi ilə müqayisə edib.

İdman.Biz bildirir ki, Lamin Yamal 2023-cü ildə “blauqrana”nın böyüklər komandasına qoşulub. O, klubun heyətində bütün yarışlarda 151 oyun keçirib, 49 qol vurub və 52 məhsuldar ötürmə edib.

“Yamal hər kəsdən üstündür; qol vurur və fədakardır. Bəlkə də valideynləri ona çox təzyiq göstərirlər, amma bacarığı danılmazdır. O, növbəti Messi ola bilər: onun kimi oyunçuların oynadığını görmək qəbul qiymətinə dəyər”, - deyə “La Gazzetta dello Sport” qəzeti Kapellonun sözlərini sitat gətirib.

Lionel Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb, 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.

İdman.Biz