Almaniya millisi yoldaşlıq matçında ABŞ-ı çətinliklə məğlub edib

7 İyun 2026 01:01
126
Almaniya millisi yoldaşlıq matçında ABŞ-ı çətinliklə məğlub edib

2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində ABŞ və Almaniya arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Çikaqo şəhərindəki “Soldier Field” stadionunda keçirilən oyunda Almaniya millisi 2:1 hesabı ilə qalib gəlib.

İkinci dəqiqədə Kay Haverts hesabı açaraq Almaniyanı irəli çıxarıb. 37-ci dəqiqədə Entoni Robinson hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Leroy Sane Almaniyanın ikinci qolunu vurub.

DÇ-2026-da Almaniya E qrupunda oynayacaq və orada Kürasao, Kot-d'İvuar və Ekvadorla qarşılaşacaq.

ABŞ DÇ-2026-da ev sahibi ölkələrdən biri kimi iştirak edir. D qrupunda isə ABŞ Paraqvay, Avstraliya və Türkiyə ilə qarşılaşacaq.

İdman.Biz