Argentina millisinin müdafiəçisi Balerdi dünya çempionatını buraxacaq

6 İyun 2026 23:15
119
Argentina millisinin müdafiəçisi Balerdi dünya çempionatını buraxacaq

“Marsel”in və Argentina millisinin mərkəz müdafiəçisi Leonardo Balerdi zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxacaq.

İdman.Biz bildirir ki, bu barədə Argentina Futbol Assosiasiyası (AFA) sosial mediada məlumat verib.

“Müdafiəçi Leonardo Balerdi sağ ayağından baldırından zədə alıb və dünya çempionatında iştirak edə bilməyəcək. Güclü olun və sizə tez bir zamanda sağalmağı arzulayırıq!”, - deyə AFA-nın açıqlamasında bildirilir.

Argentina qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya milli komandaları ilə oynayacaq.

2026-cı il dünya çempionatı Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. DÇ-2026-nın final mərhələsində ilk dəfə 48 komanda iştirak edəcək.

İdman.Biz