ABŞ-da İraq millisinin hücumçusunu yeddi saat dindiriblər

6 İyun 2026 19:49
134
ABŞ-da İraq millisinin hücumçusunu yeddi saat dindiriblər

İllinoys ştatının Çikaqo şəhərindəki O'Hara hava limanında təhlükəsizlik işçiləri İraq milli komandasının 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ-a gəlişindən sonra iraqlı hücumçu Aymen Hüseyni yeddi saat saxlayıb dindiriblər.

İdman.Biz bu barədə AS-a istinadən xəbər verir.

İraq nümayəndə heyəti oyunçunun azadlığa buraxılmasını təmin etmək üçün bir neçə dəfə cəhd etsə də, uğursuz olub. Aymen Hüseyn hava limanında yeddi saat dindirildikdən sonra azad edilib. Bildirilib ki, o, terror fəaliyyətində şübhəli bilinən başqa bir İraq vətəndaşı ilə səhv salınıb.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz