Portuqaliya dava ilə keçən yoldaşlıq görüşündə Çilini məğlub edib - VİDEO

7 İyun 2026 00:06
133
Portuqaliya dava ilə keçən yoldaşlıq görüşündə Çilini məğlub edib

2026-cı il dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə ABŞ, Kanada və Meksikada keçirilən Portuqaliya və Çili arasında yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Estádio Nacional do Jamor” (Portuqaliya) stadionunda baş tutub. Ev sahibi komandanın oyunçuları 2:1 hesablı qələbəni qeyd ediblər.

Matçın ilk qolunu 58-ci dəqiqədə portuqaliyalı hücumçu Qonsalo Qedeş vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi Bruno Fernandes 75-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. 90+2-ci dəqiqədə çilili hücumçu Lukas Sepeda hesabı 1:2 edib.

Komandalar 45+2-ci dəqiqədə on nəfərlə qalıblar. Portuqaliyalı hücumçu Rafael Leao və Çilinin müdafiəçisi İvan Roman yan xəttdə baş verən davaya görə meydandan qovulublar. Leao rəqibinin boynundan tutaraq üzünə yumruq vurub.

Portuqaliya DÇ-2026-ya K qrupunda başlayacaq. Onların rəqibləri Konqo DR, Özbəkistan və Kolumbiya olacaq.

Çili millisi dünya çempionatının seçmə mərhələsində 10 komandalı qrupda 10-cu yeri tutub və turnirin final mərhələsinə vəsiqə qazana bilməyib.

İdman.Biz