Paraqvay millisinin futbolçuları dünya çempionatına yola düşməzdən əvvəl vətənlərində möhtəşəm vida mərasimi ilə qarşılanıblar.
İdman.Biz xəbər verir ki, paraqvaylılar ABŞ-yə yollanmamışdan öncə son yoldaşlıq oyununda Nikaraquanı 4:0 hesabı ilə məğlub ediblər.
Qarşılaşmadan sonra millinin ev stadionunda futbolçular və məşqçilər korpusu üçün xüsusi tədbir təşkil olunub. Azarkeşlər 16 ildən sonra dünya çempionatına vəsiqə qazanan komandaya böyük dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, Paraqvay millisi sonuncu dəfə 2010-cu ildə dünya çempionatının final mərhələsində iştirak etmişdi. Komanda DÇ-2026-ya vəsiqə qazanmaqla uzun fasilədən sonra yenidən futbolun ən mötəbər turnirinə qayıdıb.
