“Bavariya” və Almaniya millisinin yarımmüdafiəçisi Lenart Karl milli komanda ilə məşq zamanı zədə alıb.
İdman.Biz bildirir ki, 2026-cı il dünya çempionatında Almaniya E qrupunda Kürasao, Kot-d'İvuar və Ekvadorla oynayacaq.
“Lenart Karl bugünkü məşq zamanı zədə alıb. Zədə yaxşı görünmür. O, əlavə müayinə üçün xəstəxanaya aparılıb. Diaqnozu gözləməli və onun dünya çempionatına gedə biləcəyini, yoxsa əvəzedici tapmalı olduğumuzu öyrənməliyik”, - ESPN Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmanndan sitat gətirib.
