2026-cı il dünya çempionatında ən zəif və ən güclü qruplar beynəlxalq Opta Power Rankings-dən istifadə edilərək müəyyən edilib.
İdman.Biz bildirir ki, Fransa, Seneqal, Norveç və İraqdan ibarət I qrupu “ölüm qrupu” kimi müəyyən olunub. Bu qrupdakı ölkələrin orta çətinlik reytinqi 81.8 olub.
Portuqaliya, Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasından (81.0) ibarət K qrupu ikinci yeri tutub. Argentina, Əlcəzair, Avstriya və İordaniyadan (80.5) ibarət J qrupu ilk üçlüyü tamamlayıb.
Kanada, Qətər, İsveçrə və Bosniya və Herseqovinadan ibarət B qrupu ən zəifdir (70.9).
Çətinlik dərəcəsinə görə beşinci yerdə (78.3) olan D qrupu proqnozlaşdırılması ən çətin hesab edilib. Bu, yalnız ilk 50-liyə daxil olan ölkələrdən ibarət olan yeganə qrupdur: Türkiyə, Avstraliya, Paraqvay və ABŞ.
